AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən "Mərhəmətli olmağa tələsin " xeyriyyə aksiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən "Mərhəmətli olmağa tələsin " xeyriyyə aksiyası keçirilib
"Hurry to be merciful" charity event was held by AzRCS Sumgayit city branch

14 ildir kecirilməsi ənənə halını almış “Mərhəmətli olmağa tələsin”xeyriyyə aksiyası bu ilin 24 noyabr tarixində Sumqayıt şəhərinin “Poeziya evin”-də baş tutub. Aksiyanın məqsədi hər iki valideynini itirmiş və tək ananın övladlarına,fiziki qüsurlu uşaqlara mövsümi qış geyimləri ilə təmin etməkdir.


Üç ildir ki,bu aksiyadan 44 günlük Vətən müharibəsində vətən uğrunda canını fəda etmiş şəhid və qazi ailələrinin övladları da bəhrələnirlər. Ənənəvi xeyriyyəcilərimiz “SOCAR Polymer”MMC,” Paşa Həyat Sığorta”, “Azersun Holdinq”, Sumqayıt Tibb Mərkəzi SOCAR-ın Karbamid zavodu tərəfindən dəstəklənən aksiyadan alınan qış geyimləri ilə  balalarımızın qəlbləri sevindirilib.


Tədbirdə Abşeron-Xızı Regional Təhsil idarəsinin əməkdaşları Oqtay Nuriyev, “SOCAR Polymer”in əməkdaşı Aygün Müsayeva, Paşa Həyat ASC-nin məsul işcisi Məryamxanım Abbasəliyeva,Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı, SOCAR-ın Karbomid zavodunun əməkdaşı Qurban Əhmədov iştirak edib.


Tədbir şəhidlərimizin bir dəqiqəlik yad olunması ilə başlayıb.


AzQAC Sumqayıt şəhər bölməsinin sədri qonaqları salamlayaraq, hər il kecirilən “Mərhəmətli olmağa tələsin”xeyriyyə aksiyasına dəstək olan təşkilat nümayəndələrinə minnətdarlığını bildirərək, bölmə adından hazırlanmış Təşəkkürnamələri təqdim edib.


Daha sonra hazırlanan geyim əşyaları siyahı əsasında uşaqlara təqdim olundu.Şəhid yoldaşları,qazilər və digər iştirakcılar göstərilən diqqət ücün təşkilatcılara minnətdarlıqlarını bildirilib.Ümumilikdə bu aksiyadan 240 uşaq yararlanıb.